Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər
İdman

Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın kişi və qadın voleybol milli komandaları bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

"Respublika" xəbər verir ki, II turda əvvəlcə meydana qadınlardan ibarət yığma çıxacaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Rumıniya seçməsinin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. İlk turda Xorvatiyaya 3:0 hesabı ilə qalib gələn milli ikinci görüşdə Slovakiyaya uduzub - 1:3.

Fərid Cəlalovun başçılıq etdiyi kişi voleybol millisi isə səfərdə Belçika ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Yığma ilk turun Rumıniya və Ukrayna ilə oyunlarında 0:3 hesabı ilə məğlub olub.