Koreya Respublikasının Prezidenti Yun Sok Yoldan
Məktublar

Koreya Respublikasının Prezidenti Yun Sok Yoldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm.

Hörmətlə,

Yun Sok YOL,

Koreya Respublikasının Prezidenti.