Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən
Məktublar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi, doğma yurdlarından didərgin düşmüş ailələr bu gün Qarabağa - Şuşaya, Laçına, Füzuliyə və digər şəhərlərə qayıdırlar.

Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə böyük bərpa işləri həyata keçirilir, Qarabağa onun əvəzsiz gözəlliyi və mənəvi həyatı qaytarılır.

Azərbaycan beynəlxalq aləmdə özünə layiq yer tutur və COP29 kimi nüfuzlu konfransın 2024-cü ildə Bakıda keçirilməsi barədə qərar bunu təsdiq edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Asəf HACIYEV,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi.