BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan
Məktublar

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük qürur duyuruq.

BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edir.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi rifah və inkişaf arzulayıram.

Hörmətlə,

Qəri COUNZ,

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti.