Əfv olunan Əfqanıstan vətəndaşı: Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm
Sosial həyat

Əfv olunan Əfqanıstan vətəndaşı: Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası baş tutur.

Əfv olunan şəxslər arasında 16 saylı cəzaçəkmə müəssəsində məhkumluqda olan Əfqanıstan vətəndaşı Həbibi Muytullah da var idi.

O, bildirib ki, bundan sonra Azərbaycanda yaşamaq və ölkəmizin vətəndaşı olmaq istəyir: "1 il 6 ay cəza müddətim var idi. Astara rayonunda sərhəd pozuntusuna görə saxlanılmışdım. Cəzamın 1 ili tamam olmuşdu. Şükürlər olsun ki, bu gün azadlıqdayam".

Xatırladaq ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb.

Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır. Sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.

Nurlan ABDALOV,

"Respublika".