Aşıq Şəmşirin xatirə gecəsi keçirilib
Region

Aşıq Şəmşirin xatirə gecəsi keçirilib

Gəncə

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin və Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini təqdimatı olub.

Bu dəfəki layihə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub. Xatirə gecəsində tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən şəhər sakinləri iştirak ediblər.Tədbirdə ilk öncə, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecədə Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, ustadın Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsindən söz açılıb. Daha sonra, saz-söz sənətkarlarının ifasında Dədə Şəmşirin şeirlərinə bəstələnmiş aşıq mahnıları ifa olunub.

Zabit XƏLİLOV,

“Respublika”.