Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir
Gündəm

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"-ya bildirilib ki, bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 kilometrədək yeni təminat yolları çəkilib. Qısa müddət ərzində 300 kilometrədək mövcud təminat yolları təkmilləşdirilərək bərpa olunub.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.