Azərbaycan-Litva: dost və strateji tərəfdaşlar
Siyasət

Azərbaycan-Litva: dost və strateji tərəfdaşlar

Əməkdaşlıq münasibətlərində yeni müsbət dinamika

Azərbaycan  Prezidenti İlham Əliyevin  Litva Respublikasına rəsmi səfəri çərçivəsində bütövlükdə  müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir. Görüşlərin dostluq səmimiyyət şəraitində keçirilməsi ölkələrimiz arasında qarşılıqlı anlaşma hörmətin yüksək səviyyədə  olmasından xəbər verir.

Ölkəmiz aktiv şəkildə dünya dövlətləri ilə siyasi iqtisadi müstəvidə əlaqələrini genişləndirməkdədir. Azərbaycan Prezidentinin Litvaya səfəri bu istiqamətdəki fəaliyyətin davamıdır. Azərbaycanın kifayət qədər geniş nəqliyyat-logistika imkanları var. Bu imkanlar davamlı olaraq genişlənir. Prezident İlham Əliyev Litva rəhbəri ilə görüşündən sonra vurğuladı ki, sözügedən istiqamətdə Bakı ilə Vilnüs arasında geniş əməkdaşlığın qurulması hər iki tərəfin marağındadır. Litva ilə Azərbaycan strateji tərəfdaşlıq  münasibətlərinə malikdirlər.

"Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür".  Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22- Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib. Ölkə başçısı bildirib ki, Prezident Nauseda ilə birgə əməkdaşlıq üçün çox güclü bünövrə qoymuş, fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmalarının qarşılıqlı surətdə faydalı məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib.

Azərbaycan Litva arasında münasibətlərin zəngin tarixi var. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Litvanın nümayəndəliyi fəaliyyət göstərmişdir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə onlar arasında iqtisadi mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Diplomatik əlaqələr 1995-ci il noyabr ayının 27- qurulub. İki ölkə arasında əlaqələrin qurulması inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Litva Respublikası olmuş Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 2007-ci il aprelin 3- Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını  nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq, əməkdaşlıq qurub hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər dinamik inkişaf etməkdədirSon illərdə iki dövlət arasında siyasi, iqtisadi mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir nəzərəçarpacaq dərəcədə fəallaşır. Litva Respublikası Prezidenti Valdas Adamkusun 8-9 iyun 2006- il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Prezidenti Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi" imzalanıb. 2007-ci il sentyabr ayının 13- Azərbaycan Prezidenti İlham Əliyev Litvaya ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. İmzalanan sənədlərdən ən mühümü "Azərbaycan Respublikası Prezidentinin Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan bu münasibətlərə təkan verən hüquqi bazaya çevrilmişdir. Hələ o vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir". Ölkə başçısının uzaqgörən siyasi baxışları bu gün bir daha öz təsdiqini tapır.

2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ötən il may ayının 18-  Azərbaycana rəsmi səfəri iki ölkənin iqtisadi, mədəni, siyasi sosial əlaqələrini yenidən canlandırmaq, bu əlaqələri daha fəal əməkdaşlığa çevirmək xarakteri daşıyırdı. Siyasi münasibətlərə, strateji tərəfdaşlığa malik iki ölkə arasında xüsusilə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi ön planda idi. Azərbaycan-Litva biznes forumunun açılışı da iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsinin mümkünlüyünü özündə ehtiva edirdi tərəflər arasında mühüm sənədlərin imzalanması kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat kimi sahələrdə sağlam, faydalı işbirliyinə yeni imkanların yaranması, daha fəal əməkdaşlığın təməlinin atılması demək idi.

Dövlət başçısının səfəri zamanı hər iki ölkənin prezidentlərinin qatıldığı biznes forumda Azərbaycan Litvadan kifayət qədər adamının iştirak etməsi belə deməyə əsas verir ki, bu səfər keçirilən görüşlər iqtisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə əlaqələr üçün real imkanlar, eyni zamanda Bakı ilə Vilnüs arasında iqtisadi sahədə əlaqələrin inkişafında müsbət dinamika yaradacaq. Bundan başqa, nəqliyyat-tranzit sahəsində səmərəli əməkdaşlıq üçün kifayət qədər imkanlar vardır. Prezident İlham Əliyevin səfər zaman litvalı həmkarı ilə görüşündə qeyd etdiyi kimi, Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da var. Sadəcə olaraq, daha səmərəli addımlar atmaqla bu sahədə uğurlu əməkdaşlığa nail olmaq mümkündür.

Ölkə başçısı həm Cənubi Qafqazdakı vəziyyətlə bağlı Litva Prezidentini məlumatlandırdı. Bu da çox əhəmiyyətlidir. Çünki Prezident İlham  Əliyev bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır. Son səfər çərçivəsində Litva rəsmiləri Azərbaycanın sülhün əsas təşəbbüskarı olmasını təqdir edirlər. Bu da ölkəmizin kifayət qədər güclü olan siyasi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan  Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulandı. Xüsusilə investisiyalar, bərpaolunan enerji digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.  

Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Vilnüs həm Bakının Avropa İttifaqı ilə əlaqələrinin inkişafında mühüm faktor rolunu oynayır. Belə ki, Azərbaycanı etibarlı tərəfdaş kimi görən Avropa İttifaqının doqquz üzv ölkəsi Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamışdır. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Müasir infrastruktur - dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları mövcuddur. Azərbaycan Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir, yəni önəmli nəqliyyat mərkəzinə çevrilib. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün neft, təbii qaz elektrik enerjisini ixrac edir. Hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.

"Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək". Bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22- Vilnüsdə mətbuata bəyanatında bildirib. Bir il əvvəl Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadiyyat təhsil sahələrində əlaqələrimizin gücləndirilməsi barədə əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayan Litva Prezidenti  qeyd edib ki, ətraf mühit, gənclər hüquq-mühafizə sahələrində  Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.

Mustafa KAMAL,

"Respublika".