Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb
İdman

Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb

Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən IBSA Qran-prisində uğurlu nəticəyə imza atıb.

Milli Paralimpiya Komitəsindən "Respublika"ya verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq.