Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-a səfər edib
Digər xəbərlər

Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-a səfər edib

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.