Çad əhalisi Fransa hərbi bazasının bağlanmasını tələb edir
Gündəm

Çad əhalisi Fransa hərbi bazasının bağlanmasını tələb edir

Çad əhalisi Fransanın səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirərək, əməkdaşların ölkəni tərk etməsini tələb edirlər.

"Respublika" xəbər verir ki, Çad 60 il əvvəl Fransanın müstəmləkə siyasətindən canını qurtararaq azadlıq əldə edib. Lakin Fransa bu ölkənin bir sıra regionunda hərbi hissələr saxlayır.

Fransa əsgərləri Faya-Laroj şəhərində Məhəmməd Daku Həmid adlı tibb işçisini güllələyiblər. Bu hadisədən sonra yerli əhali Fransa hərbi bazasının qarşısında toplaşıblar və bazanın ölkədən çıxarılmasını tələb ediblər.

Paytaxt Nicamenada Fransa səfirliyi qarşısında da kütləvi etiraz aksiyaları başlayıb. Səfirliyin qarşısındakı avtomobil yandırılıb.