Həndbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçılar bəlli olub
İdman

Həndbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçılar bəlli olub

Həndbol üzrə XXX Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.

Azərbaycan Həndbol Federasiyasından "Respublika"ya verilən məlumata görə, ilk oyun gününün “AHF Arena”da keçirilən qarşılaşmasında kişilərdən ibarət “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. 30:27 hesab ilə qələbə qazanan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.

İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən matçda daha inamlı təsir bağışlayan “İdman Akademiyası” 32-21 hesabı ilə qalib gəlib.