Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir
Digər xəbərlər

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsinə qatılan tankçılarımız hazırlıqlarını davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışlarını icra ediblər.

Birinci divizionda Belarus, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.

AZƏRTAC