“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici təlim
Sosial həyat

“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici təlim

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında maarifləndirici təlim keçirilib.

 22 iyun ƏƏSMN-dən bildirilir ki, təlimdə Nazirlik əməkdaşları ilə bərabər psixoloq və hüquqşünaslar da iştirak edib.

Sığınacaqda yaşayan, məişət zorakılığından zərər çəkmiş və digər həssas qruplara insan hüquqları barədə məlumat verilib. Onlar həmçinin sosial müdafiə hüquqları barədə məlumatlandırılıb, sualları cavablandırılıb.

“Respublika”.