İsrail Knessetinin nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olublar
Digər xəbərlər

İsrail Knessetinin nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrail parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak və nümayəndə heyətinin üzvləri Oded Forer, Oşer Şekalim və Almoq Kohen Azərbaycana səfər ediblər.

Mərkəzdən "Respublika"ya bildirilib ki, səfər çərçivəsində İsrail Knessetinin nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini ziyarət ediblər. İsrailli qonaqlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzininin fəaliyyəti, yaradılan şərait və dərs prosesi ilə tanış olublar. İsrailli qonaqlara Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tədris proqramı haqqında ətraflı məlumat verilib. Qonaqlar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini kimi təhsil təşəbbüslərinin əhəmiyyətini xüsusi vurğulayıb və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu istiqamətdə effektiv fəaliyyətini yüksək qiymətləndiriblər.