Jakip Asanov: Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə səs verdi
Gündəm

Jakip Asanov: Azərbaycan xalqı öz xoşbəxt gələcəyinə səs verdi

Fevralın 8-də Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, qurumun rəsmisi, Qazaxıstan Parlamenti Senatı sədrinin müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Jakip Asanov Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin və beynəlxalq standartların tələblərinə uyğun şəkildə keçirildiyini bildirib. "Bizim missiya seçki prosesinin ədalətli və şəffaf təşkilindən, açıq və qapalı səsvermənin uyğun şəkildə keçirilməsindən çox məmnundur", - deyə o qeyd edib.

Bu seçkilərin çox əlamətdar hadisə olduğunu, çünki Azərbaycan tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində keçirildiyini vurğulayan Jakip Asanov azərbaycanlıların öz xoşbəxt gələcəyinə səs verdiklərini deyib.