Məzahir Pənahov:
Gündəm

Məzahir Pənahov: "Media subyektləri seçki prosesindəki çatışmazlıqları araşdırmalıdır”

“Seçki tarixinə nəzər salsaq görərik ki, KİV seçki zamanı hər zaman əsas rol oynayıb. Ona görə də media subyektləri ilə keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir”.

"Respublika" xəbər verir ki, bu sözləri Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

"Seçki prosesinə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”. Bu baxımdan mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, çatışmazlıqları da yaxından araşdırsın”.