Nazir Vilayət Eyvazov Şəmkirdə vətəndaş qəbulu və sıra baxışı keçirib
Digər xəbərlər

Nazir Vilayət Eyvazov Şəmkirdə vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 15- 16-da Şəmkir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, nazir əvvəlcə Şəmkir şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax Şəmkir rayonlarından qəbula gələn 156 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 22-si Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Ülvi QARAYEV,

Respublika”.