Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 2 tapança, 4 tüfəng, 4 patron darağı və 63 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə "Respublika"-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.