Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var
Dünya xəbərləri

Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var

Türkiyənin Mersin vilayətində zəncirvari yol qəzası baş verib. İlkin məlumata görə, hadisə nəticəsində on nəfər ölüb, 30 nəfər xəsarət alıb. 

"Respublika" xəbər verir ki, bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlamasında bildirib. 

O qeyd edib ki, hadisə Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralında meydana gəlib. Qəzaya qarışan nəqliyyat vasitələri arasında şəhərlərarası sərnişin avtobusları, yük və minik avtomobilləri var. 

Qəza bölgəsinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.