Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər

Hərbi Prokurorluq

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 3 may 2023- il tarixdə müasir Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən öncə mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin şəhidlərimizin əziz unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin mənalı həyatından çoxşaxəli fəaliyyətindən geniş bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə millətimizin parlaq gələcəyinə həsr edən ümummilli lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Ölkəmizin çox çətin bir durumunda yalnız dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən böyük qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, vətəndaş müharibəsinin, eləcə müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, cinayətkar dəstələr zərərsizləşdirildi, separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görüldü, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş müstəsna əhəmiyyətli işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmaqlarından, eləcə ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən Hərbi prokuror Xanlar Vəliyev, bütün bunların cənab Prezidentin dərin zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi əzmkarlığı sayəsində, eləcə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayaraq, dövlətimizin daha da qüdrətlənməsindən, beynəlxalq nüfuzunun hərtərəfli artaraq mövqeyinin dünya ölkələri sırasında möhkəmlənməsindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, əldə olunan uğurlarda dövlətimizin qüdrətlənməsində, eləcə ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, millət vəkilləri Rauf Əliyev, İlham Məmmədov, Elman Nəsirov, general Yücel Karauz, xalq şairi Vahid Əziz digər şəxslər dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə vətəni xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxışlar ediblər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir əbədiyaşar Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Ülvi QARAYEV,

Respublika”.

 

Apellyasiya Məhkəməsi

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Azərbaycanda 3 pilləli məhkəmə sisteminin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda konfrans keçirilib.

Tədbirdə Apellyasiya Məhkəməsinin hakimləri, aparat işçiləri, məhkəmənin yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin sədrləri gənc hakimləri, hakimliyə namizədlər, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Konfransda çıxış edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirib ki, tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha çox hiss olunur. Xalqının tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış gələcəyini müəyyən etmiş insanların işi ideyaları zaman məsafəsindən daha uca görünür.

Bildirilib ki, ilk növbədə dövlət müstəqilliyimizin əbədiliyinə dönməzliyinə nail olan Heydər Əliyev tərəfindən ölkəmizdə sabitlik, sülh əmin-amanlıq təmin edilib, siyasi hüquqi islahatlar, demokratikləşmə prosesinə başlanılıb. Demokratik, hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilib. Ölkədə hüquqi dövlət qurmaq, üçün ilk növbədə konstitusion rejim, müasir beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl hüquq sistemi, səmərəli məhkəmə hakimiyyəti yaradılmalı hakimiyyətin bölgüsü prinsipi təmin edilməli idi. Məhz bu səbəbdən Heydər Əliyev hüquq sisteminin islahatına böyük əhəmiyyət verərək onun konseptual istiqamətlərini müəyyən edib.

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsinə malik olduğunu söyləyən M.Əkbərov böyük strateq Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesini ilk milli Konstitusiyanı yaratmaqla başlatdığını xatırladıb. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik edib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindəndir.

M.Əkbərovun sözlərinə görə, bütün bu reallıqları dərindən təhlil edən nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə dünya ölkələrinin mütərəqqi təcrübəsinə əsaslanan "Məhkəmələr hakimlər haqqında" Qanun qəbul edilib, məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında Fərman imzalanıb, bununla da ölkəmizdə məhkəmə quruluşunun məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə start verilib.

Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki Siyasi hüquqlar haqqında beynəlxalq paktlar digər beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla hazırlanması, bu müddəaların milli qanunvericiliyə implementasiyası islahat siyasətinin vacib tərkib hissəsi olub. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, dövlətimizin insan hüquqları sahəsində əhəmiyyətli beynəlxalq müqavilələrə təşkilatlara qoşulması prosesinə başlanılıb, ölkəmiz BMT-nin, Avropa Şurasının digər beynəlxalq təşkilatların bir çox sənədlərinə tərəfdar çıxıb, prosesin məntiqi nəticəsi olaraq ölkəmiz Avropa hüquq məkanına inteqrasiya olunub.

Qeyd olunub ki, məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb. Məhkəmə islahatlarının gedişində, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakim korpusunun mənəvi cəhətdən saf, yüksək biliyə malik hüquqşünaslar hesabına formalaşdırılması, bunun üçün yeni mexanizmin müəyyən olunması artıq zamanın tələbinə çevrilib. Məhkəmələrin işinin təkmilləşdirilməsi onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyənləşdirilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini ehtiva edən əsaslı dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər nəticəsində ilkin olaraq məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - bu gün fəaliyyətini uğurla davam etdirən Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradılıb.

Bakı Apellyasiya Məhkəməsinin sədri konfrans iştirakçılarına həmçinin xatırladıb ki, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılıb, bununla da hakim korpusunun yenilənməsi prosesinə başlanılıb.

M.Əkbərov çıxışında Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da təkmilləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü xüsusilə vurğulayıb. Bildirilib ki, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına uğurla inteqrasiya edərək, rəqabətqabiliyyətli olması, büdcəmizin valyuta ehtiyatlarımızın ildən-ilə artması zamanında Heydər Əliyev tərəfindən təməli qoyulmuş uğurlu iqtisadi siyasətin bariz təsdiqidir. Məhz bu siyasətin nizami ordu quruculuğunun nəticəsində Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək qalib xalqa çevrilmiş tarixi Zəfərə nail olub.

Ulu öndərin qurub bizə miras qoyduğu dövlətçilik irsi prinsipləri, onun yaşayan yaşadan ideyaları hər birimizi Prezident, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanı daha güclü daha çiçəklənən bir dövlətə çevirməyə ruhlandırır.

Konfransda, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Raqib Qurbanovun "Heydər Əliyev məhkəmə sisteminin müasir inkişaf yolu", Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun "Məhkəmə-hüquq islahatlarında apellyasiya məhkəmələrinin rolu", Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin "Heydər Əliyev vətəndaş cəmiyyəti quruculuğu", Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin "Azərbaycanda hakimlərin şəffaf seçim prosesi: Heydər Əliyev dühası" mövzusunda məruzələri dinlənilib.

Mustafa KAMAL,

"Respublika".

 

Ombudsman Aparatı

Mayın 3- Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb.

"Çox təqdirəlayiq haldır ki, Azərbaycanda demokratik, hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olub. Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb təsdiq edilərək icra olunub", - deyə Ombudsman qeyd edib.

Bildirilib ki, Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə "İnsan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edib. Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bununla əlaqədar ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, yeni məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi maddi-texniki baza yaradılıb.

S.Əliyeva qeyd edib ki, hüquqi islahatlar fonunda ölkə Prezidenti İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər idman komitəsinin sədri Adil Əliyev deyib ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatındakı uğurların ən böyük səbəbkarı məhz Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider Azərbaycan xalqının həyatında son dərəcə mühüm rol oynamış tarixi şəxsiyyət dövlət xadimidir. O, istər sovet dövründə, istərsə müstəqil Azərbaycan dövründə yürütdüyü siyasətlə vətəndaşlarımızın sosial, iqtisadi, mədəni, hüquqi rifahının yaxşılaşdırılması inkişafı üçün əvəzsiz töhfələr verib.

Qeyd olunub ki, Ulu Öndər hər zaman insan hüquqlarına qanun aliliyinin təmin olunması məsələsinə xüsusi həssaslıqla yanaşıb. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanıldı. Ulu Öndər C.Naxçıvanski adına hərbi liseyi yaratmaqla həm Azərbaycan Ordusu üçün milli kadr potensialının əsasını qoydu. Həmin ordu da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandı.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hamımızın düşüncəsində Heydər Əliyev var: "Ulu Öndər üçün ideoloji fərq yox idi, onun əsas məqsədi xalqa xidmət olub. O, yüz minlərlə insanın həyatında şəxsən iştirak edib. Heydər Əliyev ilə dövlət sözü sanki sinonimdir".

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ulu Öndərin həm sovet vaxtında, həm müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə diqqətindən danışıb. Ulu Öndər Heydər Əliyev tərəfindən qadınlara verilən böyük dəyərin təcəssümü olaraq onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayı təşkil edilib. Bu hadisə ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olub. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Ulu Öndər Heydər Əliyev hərtərəfli şəxsiyyət idi: "On ildən çox bilavasitə onun rəhbərliyi altında işləmişəm. Onun böyük müəllim, dövlətini, xalqını sevdiyinin şahidi olmuşam. Heydər Əliyevin ölkə rəhbərliyi dövründə beş dövlət çevrilişi cəhdi olub. Bu çevrilişlərin qarşısı güc tətbiq etmədən, xalqa olan inam sayəsində alınıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərdən biri olduğunu deyib. Ümummilli Lider hakimiyyəti dövründə Azərbaycan xalqı dövlətinin mənafeyi üçün mümkün olan hər bir şeyi edib. O, müasirlərini heyrətə gətirən şəxsi keyfiyyətləri, dəmir iradəsi, qətiyyəti, prinsipiallığı yüksək idarəçilik bacarığı, dövlətçilik təfəkkürü ilə daim millətinə xidmət edib: "Hələ sovet dövründə Azərbaycanda milli düşüncənin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. O, hər zaman dünya azərbaycanlılarının Ümummilli Lideri olub, onların problemlərini daim diqqət mərkəzində saxlayıb. Biz, qərbi azərbaycanlılar, bunu daim hiss etmişik bu, bizə ermənilərin içində öz milli kimliyimizi qorumaq, milli dəyərlərimizi inkişaf etdirmək üçün böyük qüvvət verib".

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Heydər Əliyevlə bağlı öz xatirələrini paylaşıb. Deyib ki, Ulu Öndər dünya siyasətində fenomenal şəxsiyyət idi. Ölkəmizin çətin dövründə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq, ölkədə vüsət almış vətəndaş müharibəsinin, separatizmin, ölkəni parçalamaq cəhdlərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər gördü.

Milli Məclisin deputatı Kamal Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, O, Azərbaycanda hələ Ombudsman Aparatının olmadığı dövrdə Azərbaycan xalqının hüquqlarını müdafiə edib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Ulu Öndər Heydər Əliyevin 1993- ildə ikinci dəfə hakimiyyətə gələrkən ilk çıxışı Azərbaycanda demokratik, dünyəvi dövlət qurulması ilə bağlı olub. O, Ulu Öndərin ölkəmizdə müasir hüquq düşüncəsinin, təfəkkürünün inkişafı ilə bağlı çox ciddi addımlar atdığını, ən mütərəqqi tarixi sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində dahi Heydər Əliyevin imzasının olduğunu bildirib.

Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev Ulu Öndərin dövlət quruculuğunda rolunun əvəzedilməz olduğunu vurğulayıb: "Heydər Əliyevin ölkəmiz qarşısında böyük xidmətləri var. Onlardan biri kadrların yetişdirilməsidir. Heydər Əliyev 1969-cu ildən sonra rəhbərlik etdiyi dövrdən başlayaraq hüquq sahəsində milli kadrların yetişdirilməsi üçün böyük töhfələr verib".

Tədbirdə, həmçinin ombudsman Səbinə Əliyeva Səadət Bənənyarlı, Novella Cəfərova Səidə Qocamanlıya "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.      

Ü.VAHİDOĞLU,

Respublika”.