Xilasetmə əməliyyatları
Digər xəbərlər

Xilasetmə əməliyyatları

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda Nazirliyin məlumatında xəbər verilir.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, Sabunçu rayonunda yerləşən yataqxana binasında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Respublika”.