XİN: Mina qurbanlarının sayı 337-yə çatıb
Gündəm

XİN: Mina qurbanlarının sayı 337-yə çatıb

Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Bununla da mina qurbanlarının sayı 337-yə çatıb.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.