Yayın göstəriciləri
Sosial həyat

Yayın göstəriciləri

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,4 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,3 faizi Küveyt, 1,2 faizi Belarus, 1,1 faizi Çin, 11,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil etmişdir.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 29,4 faiz artaraq 638,2 min nəfər olmuşdur. 2024-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,6 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

“Respublika”.