Səhiyyə Nazirliyinin nümayəndələri Bakıda müalicə olunan Türkiyədə zəlzələdən zərər çəkənlərə baş çəkiblər
Sosial həyat

Səhiyyə Nazirliyinin nümayəndələri Bakıda müalicə olunan Türkiyədə zəlzələdən zərər çəkənlərə baş çəkiblər

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq göstərişlərinə uyğun olaraq, qardaş Türkiyə Respublikasının bir sıra vilayətlərində güclü zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının onların digər ölkə vətəndaşları olan yaxın ailə üzvlərinin ölkəmizə təxliyəsi istiqamətində işlər davam etdirilir. Təxliyəsi həyata keçirilən vətəndaşlarımızın onların ailə üzvlərinin lazımi tibbi psixoloji yardımın göstərilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.

Fevralın 10-da ölkəyə gətirilən vətəndaşlarımız arasında 10 uşaq 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.

Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti reabilitasiya prosesi ilə maraqlanıblar.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6- oğlan, dörd nəfəri isə qızdır: "Onlardan ən kiçiyi 8 günlükdü, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələrə başlanılıb bu gün müayinələr artıq bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər".

Səhiyyə Nazirliyinin sektor müdiri, həmçinin xatırladıb ki, dövlət başçısının müvafiq tapşırıq göstərişlərinə uyğun olaraq, Bakı digər şəhərlərdə, eləcə Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb.

Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.