1 may

Azərbaycanda olan hadisələr

1950 – Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Ordubadi 78 yaşında vəfat edib (d. 1872).

1955 – Gəncə trolleybusu təsis edilib.

2015 – Azərbaycanın dövlət xadimi, politoloq Vəfa Quluzadə 74 yaşında vəfat edib (d. 1940).

2016 – "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olub.


Dünyada olan hadisələr

305 – Roma hökmdarları Diokletian və Maksimian hakimiyyətdən imtina ediblər.

1006 – Supernova SN 1006 partlayıb.

1328 – İngiltərə Şotlandiyanın müstəqilliyini tanıyıb.

1682 – XIV Lüdovik Paris Rəsədxanasının açılışını edib.

1699 – Pierre le Moyne Missisipi çayı vadisində ilk Avropa koloniyasını qurub.

1707 – Şotlandiya İngiltərə ilə birləşib (İngiltərə-Şotlandiya İttifaqı), Böyük Britaniya yaranıb.

1753 – Karl Linneyin "Plantarum növləri" ("Bitki növləri") əsəri nəşr edilib. Bu tarix botanika nomenklaturasının başlanğıc nöqtəsi kimi qəbul edilir.

1776 – Adam Weishaupt Bavariyada İlluminat gizli cəmiyyətini qurub.

1786 – Vyanada Volfqanq Amadey Motsartın "Fiqaronun evliliyi" operasının premyerası uğurla keçirilib.

1832 – Vilna Universiteti I Nikolayın reskripti ilə ləğv edilib.

1840 – İlk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılıb.

1855 – İngilis yelkənli John gəmisi Falmut yaxınlığında qəzaya uğrayıb, 196 nəfər ölüb.

1884 – Çikaqoda ilk göydələn olan 10 mərtəbəli binanın tikintisinə başlanılıb.

1885 – Ottavada ilk elektrik işıqları yandırılıb.

1886 – Birma Britaniya Hindistanına birləşdirilib.

1886 – ABŞ-da 3 nəfərin ölümü və 4 ABŞ işçi sinfinin nümayəndəsinin edam edilməsi ilə nəticələnən tətil baş verib. ABŞ-da edam olunan fəhlələrin xatirəsinə İkinci İnternasionalın Paris Konqresi 1 Mayı Dünya İşçilərinin Həmrəylik Günü elan edib.

1887 – Yaponiya Qırmızı Xaç Cəmiyyəti yaradılıb.

1890 – Avstriya-Macarıstan, Belçika, Almaniya, Danimarka, İspaniya və digər Avropa ölkələrinin işçiləri tərəfindən ilk beynəlxalq 1 May bayramı keçirilib.

1899 – Almaniyada “Ayntraxt” (Frankfurt) futbol klubu yaradılıb.

1899 – Aspirin İlk dəfə satışa çıxarılıb.

1900 – ABŞ-ın Utah ştatında mədən qəzasında 200 nəfər həlak olub.

1919 – Bavariya Qırmızı Ordusu məğlubolub, Bavariya Sovet Respublikası süqut edib.

1924 – Fordson-Putilovets seriyasından olan ilk sovet tırtıllı traktoru Kommunar Xarkovda istehsal edilib.

1925 – Kipr Britaniyanın tac koloniyası elan edilib. Ada ingilislər tərəffindən 1191-ci ildə də işğal edilmişdi.

1927 – Adolf Hitlerin başçılıq etdiyi Nasist Partiyası Berlində ilk mitinqini keçirib.

1930 – Fevralın 18-də kəşf edilən Günəş sisteminin doqquzuncu planeti Plutonun adı açıqlanıb.

1931 – ABŞ-da Empayr Steyt Bildinqin açılışı olub.

1933 – Britaniya və Hindistan arasında telefon əlaqəsi qurulub.

1940 – Müharibə ilə əlaqədar olaraq 1940-cı il Olimpiadasının ləğv edildiyi rəsmən elan edilibb.

1944 – Yunanıstanda 200 May əsiri edam edilib.

1945 – Berlində Reyxstaqın üzərində Qələbə bayrağı qaldırılıb.

1948 – KXDR-in yaradılması elan edilib.

1950 – Çin Xalq Respublikasında çoxarvadlılıq, uşaq öldürmə və uşaq evliliyi qadağan edilib.

1951 – Münhendə "Azadlıq" radiosu ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Şərqi Avropa ölkələrində yayıma başlayıb.

1960 – Frensis Pauersin idarə etdiyi Amerikanın U-2 kəşfiyyat təyyarəsi Sverdlovsk vilayətində vurulub.

1961 – Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edib və seçkiləri ləğv edib.

1963 – BMT-nin Keçid Administrasiyasının nəzarəti altında olan keçmiş Hollandiya koloniyası olan Qərbi İrian İndoneziyaya verilib.

1977 – İstanbul Taksim meydanında 1 May İşçi Bayramı tədbirləri zamanı baş verən hadisələrdə 34 nəfər həlak olub, 136 nəfər yaralanıb. Hadisə tarixə Qanlı 1 May kimi düşüb.

1979 – İstanbulda 1 May qeyd etmələri qadağan edilib və komendant saatı tətbiq edilib.

1978 – Böyük Britaniyada ilk dəfə 1 May dövlət bayramı kimi qeyd olunub.

1979 – Qrenlandiya özünü idarə etmək hüququ qazanıb.

1982 – Argentina Böyük Britaniyaya məxsus Folklend adalarına qoşun yeridib. İngiltərə Argentina qüvvələrinə qarşı əks hücuma keçib.

1993 – Şri-Lanka prezidenti Ranasinghe Premadasa Kolomboda partlayış nəticəsində həlak olub.

1999 – Nickelodeon kanalında “SpongeBob SquarePants” filminin ilk bölümü yayımlanıb.

2004 – Macarıstan, Kipr, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya Avropa Birliyinə qoşulub.

2009 – İsveçdə eynicinsli nikah qanuniləşdirilib.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Əmək Günü.
  • Qazaxıstan Xalqlarının Birlik Günü.

Doğumlar

1672 – Cozef Addison, ingilis publisist, dramaturq, şair, siyasətçi, pedaqoq, ingilis jurnalistikasının banisi (ö. 1719).

1764 – Benjamin Latrobe, Britaniya-Amerika memarı, Vaşinqton Kapitolunun baş dizayneri (ö. 1820).

1894 – Mariya Restituta Kafka, Avstriyalı tibb bacısı (1943-cü ildə edam edilib).

1910 – Sürəyya Qacar ​​, Azərbaycan sovet müğənnisi (mezzo-soprano), Azərbaycanın xalq artisti (ö. 1992).

1928 – Tələt Şıxəliyev, Azərbaycan boyakarı, Azərbaycan SSR əməkdar rəssamı (1982) (ö. 1987).

1929 – Firuddin Babayev, Azərbaycanın ilk professor fitopatoloqu, görkəmli kənd təsərrüfatı alimi, biologiya elmləri doktoru, 250-dən çox elmi dərsliklərin və əsərlərin müəllifi (ö. 1987).

1934 – İsi Məlikzadə, Azərbaycan yazıçısı, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ö. 1995).

1936 – Dilbər Abduraxmanova, özbək qadın dirijoru, skripkaçı, müəllim, SSRİ xalq artisti (ö. 2018).

1937 – Həzrət Sövmən, rus dövlət və siyasət xadimi. Adıgey Respublikasının Prezidenti (2002-2007).

1940 – Ənvər Əsgərov, Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı (ö. 2014).

1942 – Elyor İşmuxamedov, kinorejissor və ssenarist, Özbəkistan SSR xalq artisti.

1959 – Firəngiz Mütəllimova, Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019).

1962 – Elena Xanqa, rusiyalı jurnalist, televiziya və radio aparıcısı.

1964 – Yvonne van Gennip, Hollandiyalı konkisürən, üçqat Olimpiya çempionu (1988).

1965 – Zabit Nəbizadə, Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq Artisti.

1966 – Məhərrəm Seyidov, Azərbaycan mayoru

1970 – Gülyaz Məmmədova, Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (1998), Azərbaycan Respublikasının xalq artisti (2014).

1983 – Alen Bernard, fransız üzgüçü, ikiqat Olimpiya çempionu.