TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ maşın və avadanlıqlarının satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 LOT üzrə keçirilir:

Lot-1. İT avadanlıqlarının satınalınması;

Lot -2. Şəbəkə avadanlıqlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatlar əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar hər iki lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını "Asan Ödəniş" vasitəsilə hesaba köçürdükdən sonra müsabiqə üzrə "Əsas şərtlər toplusunu" əldə edə bilərlər.

İştirak haqqı:

Lot-1: 1500 AZN

Lot-2: 300 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Texniki Universiteti

Hesab: AZ12AIIB33070019443307884103

VÖEN: 1300231171

Hesab: "Kapital Bank" ASC Yasamal filialı

Kod: 200037

VÖEN (bank): 9900003611

M/h: AZ37NABZ01350100000000001944

SWIFT: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 15.12.2021-ci il saat 17:00 tarixinə qədər və tender təklifi və tender təklifinin bank təminatı sənədlərini 23.12.2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. Lot 1 üzrə (İT avadanlıqları) təqdim edilmiş iddiaçıların təklifləri 24.12.2021-ci il saat 10:00 tarixində, Lot 2 üzrə (Şəbəkə avadanlıqları) təqdim edilmiş iddiaçıların təklifləri saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. Maraqlanan təşkilatlar [email protected] email ünvanı və 012- 539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


"Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1: "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı "Nasos ştanqlarının, Dərinlik nasoslarının və Nasos kompressor borularının " satınalınması:

1. Nasos kompressor borusu 60 mm 180 ton

2. Nasos kompressor borusu 48 mm 60 ton

3. Nasos ştanqı 19 mm 25000 ədəd

4. Dərinlik nasosu 43 mm 300 ədəd

5. Dərinlik nasosu 44 mm 800 ədəd

6. Dərinlik nasosu 56 mm 600 ədəd

Lot-2: "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı "Dərinlik nasosunun" satınalınması:

1. Dərinlik nasosu 32 mm 2000 ədəd

Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 500 (beş yüz) AZN iştirak haqqını "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabına köçürüldükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:

"Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı

Yerləşdiyi ünvan: Az-1034 Bakı şəh. Sabunçu qəs. Seyid Hüseyn küç-1 (faktiki)

Tel: 012 550 81 22

Faks: 012 450 22 84

Email: İ[email protected]

VÖEN: 1302740191

Kapital Bank ASC Nəsimi Filialı

 H/h: AZ14AİİB40015019440008347111

M/h: AZ37NABZ01350100000000001944

VÖEN (bank): 9900003611

Kod:   200112

S.W.İ.F.T.  AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu Az-1034, Bakı şəh. Sabunçu qəs. Seyid Hüseyn küç. (faktiki), (əlaqələndirici şəxs) Əlizadə Həmid. Telefon: 450-23-81, elektron poçt ünvanı: [email protected] ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- Iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- Tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan) arayış;

- İddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2021-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədləri 10 dekabr 2021-ci il saat  17:00-a qədər bir nüsxədə, tender təklifi isə 14  dekabr 2021-ci il saat 11:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Az-1034 Bakı şəh. Sabunçu qəs. Seyid Hüseyn küç.-1 (faktiki) ünvanına təqdim edilməlidir. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı proseduru 15 dekabr 2021-ci il LOT-1 saat 11:00-da; LOT-2 saat 11:00 Az-1034 Bakı şəh. Sabunçu qəs. Seyid Hüseyn küç.-1 (faktiki) ünvanında "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının konfrans zalında keçiriləcəkdir.