Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər
Mədəniyyət

Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər

Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər.

"Respublika" xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda keçirilən doqquzuncu panel sessiyasında deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə mədəniyyət abidələrinin dirçəldilməsi üçün lazımi infrastruktur olmalıdır:

"Hər bir xalqın özəyi onun mədəniyyətindən, tarixi dəyərlərindən ibarətdir. Mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir. Mədəniyyətin qorunması üçün dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş "Mədəniyyət naminə sülh" təşəbbüsünü alqışlayıram. Ortaq türk mədəniyyətinin qorunması məsələsi çox vacibdir. Türk mədəniyyəti irsinin siyahısının hazırlanması, həmçinin rəqəmsal platformanın yaradılması istiqamətində addımlar atılacaq".