Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən
Məktublar

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycanın milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərqdə və türk dünyasında demokratik dəyərlərə əsaslanan ilk respublikanın yaradılması ilə əlamətdar olmuşdur. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirərək, onun həyatında yeni bir mərhələ olmuş və mühüm tarixi hadisəyə çevrilmişdir. Hazırda ulu öndər Heydər Əliyevin davamçısı olaraq Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub. Ölkənizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilməkdədir.

Təşkilatımıza daim göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı ifadə edirəm. İnanıram ki, Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində türkdilli ölkələr arasında əməkdaşlıq genişlənərək daha da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, sabitlik, tərəqqi və rifah arzulayıram.

Dərin hörmət və ehtiramla, 

Mehmet Süreyya Er

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi