Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Həsən Bayram oğlu Bayramov, İsgəndər Məmməd oğlu Namazov və Nərminə Ağasəbi qızı Səfərova 9 saylı Binəqədi ikinci, Rühəngiz Zaman qızı Əlimərdanova 13 saylı Xəzər – Pirallahı, Nazim Əjdər oğlu Səlimov 69 saylı Cəlilabad – Masallı – Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Vəli Vaqif oğlu Vəliyev 9 saylı Binəqədi ikinci, Heybət Azər oğlu Tapdıqlı 13 saylı Xəzər – Pirallahı, Ülvi Sənan oğlu Nəhmədzadə 61 saylı Neftçala, Kərəm Vaqif oğlu Əmiraslanov 65 saylı Saatlı – Sabirabad – Kürdəmir, İlqar Kərim oğlu Mirzəyev 69 saylı Cəlilabad – Masallı – Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov