Paytaxtın bir sıra yollarında tıxac yaranıb
Gündəm

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.

"Respublika" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Tbilisi prospekti, mərkəz istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.