Razi Nurullayevin seçicilərlə görüşləri davam edir
Siyasət

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, Prezidentliyə namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

"Sosial ədalət, sosial demokratiya" şüarı ilə seçkilərə qatılan namizəd cəmiyyəti narahat edən məsələlərə diqqət çəkir, ölkənin əsas problemlərindən, bu problemlərin həll yollarından, platformasından danışır, seçicilərin qayğılarını dinləyir.

Razi Nurullayev sonda seçicilərin suallarını cavablandırır.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır