Mərakeşin Kralı VI Məhəmməddən
Məktublar

Mərakeşin Kralı VI Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.

Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin xalqlarının qarşılıqlı rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızı möhkəmləndirmək üçün birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

VI MƏHƏMMƏD,

Mərakeşin Kralı.