Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər
Digər xəbərlər

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Katılım Bankaları Birliyi arasında əməkdaşlıq çərçivəsində maliyyə bazarları sahəsində bilik və bacarıqların artırılması məqsədilə İstanbul şəhərində “İslam bankçılığı və maliyyəsi” təlimi keçirilib.

"Respublika" xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının, Sahibkarlığın İnkişafı Fondunun, KOBİA-nın və ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.

Təlimdə İslam bankçılığı ilə ənənəvi bankçılıq arasında fərq, İslam maliyyə alətləri və tətbiqi mexanizmləri, maliyyə vəsaitlərinin toplanması və idarə edilməsi mövzuları tədris olunub.

Eyni zamanda, təlim səfəri çərçivəsində iştirakçılar Türkiyənin maliyyə bazarlarının tənzimləyici qurumlarında və peşəkar bazar iştirakçıları ilə görüşlər keçiriblər.