Tehranda İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir
Siyasət

Tehranda İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Mayın 19-da helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Tehranda vida mərasimi keçirilir.

"Respublika" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Tehrandakı rəsmi vidalaşma mərasimindən sonra mərhum prezidentin cənazəsi Məşhədə göndəriləcək.

Xatırladaq ki, İbrahim Rəisi sabah doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.