ANAMA: Ötən həftə 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Gündəm

ANAMA: Ötən həftə 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Respublika"-ya bildiriblər ki, dekabrın 18-dən 24-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 53, tank əleyhinə 11 mina və 307 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.