Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə olunub
Gündəm

Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidenti Əbdül Lətif Camal Rəşid ilə görüşüb.

"Respublika" xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüşdə qarşılıqlı faydalı əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Nəzərə çatdırılıb ki, hər iki dövlətin iqtisadi potensialı daha yaxın əlaqələrin qurulmasına və inkişafına imkan verir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.