Avropa çempionatına hazırlığını davam etdirən minifutbol üzrə Azərbaycan millisinin Bakıda sonuncu açıq məşqi olub.
"Respublika" xəbər verir ki, Elşad Quliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda tam tərkibdə məşq keçir.
Yığma mayın 30-da turnirin baş tutacağı Bosniya və Herseqovinaya yollanacaq.
Qeyd edək ki, Azərbaycan millisi İtaliya, Fransa və Belçika ilə birgə F qrupunda mübarizə aparacaq. Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq.