Avropa çempionatında millimizin növbəti rəqibi bəlli olub
İdman

Avropa çempionatında millimizin növbəti rəqibi bəlli olub

Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının "B" divizionundakı növbəti rəqibi bəlli olub.

"Respublika" xəbər verir ki, C qrupunu sonuncu pillədə tamamlayan yığma 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub hesabından canlı yayımlanacaq.