Beynəlxalq Futbol Federasiyası klubların yeni reytinqini açıqlayıb
İdman

Beynəlxalq Futbol Federasiyası klubların yeni reytinqini açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinqini açıqlayıb.

"Respublika" IFFHS-in rəsmi saytına istinadla bildirir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Qarabağ” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür. Altmış yeddi xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk üçlüyü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.