Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin açıqlamasını təkzib edib
Gündəm

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin açıqlamasını təkzib edib

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.