Azərbaycan Premyer Liqasının sonuncu turunda əcnəbi VAR hakimləri olacaq
İdman

Azərbaycan Premyer Liqasının sonuncu turunda əcnəbi VAR hakimləri olacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turun növbəti təyinatları bəlli olub.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bugünkü üç qarşılaşmaya əcnəbi VAR hakimləri təyinat alıblar.

“Zirə” – "Səbail" matçında belçikalı Natan Verbumen, "Neftçi" – “Sabah” görüşündə niderlandlı Kley Ruperti, "Sumqayıt" – “Qəbələ” duelində isə onun həmyerlisi Ervin Blank iş başında olacaq.

Azərbaycan Premyer Liqası

XXXVI tur
25 may

19:00. Zirə” – "Səbail"

VAR: Natan Verbumen

AVAR: Kamran Bayramov

19:00. "Neftçi" – “Sabah

VAR: Kley Ruperti

AVAR: Vüsal Məmmədov

19:00. "Sumqayıt" – “Qəbələ

VAR: Ervin Blank

AVAR: Eyyub İbrahimov