"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"Respublika" xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı sonuncu matçında Latviyanın “Riqa” klubu ilə üz-üzə gələcək.
“Salaspils İdman Arenası”nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qrupun digər matçında Türkiyənin “İstanbul Şişli” klubu Almaniya təmsilçisi “Yan Regensburq”u sınağa çəkəcək.
Qeyd edək ki, ilk iki turdan sonra hərəyə 6 xalı olan “Riqa” birinci, “Araz-Naxçıvan” ikinci pillədə qərarlaşıb. Latviya klubu qol nisbətinə görə təmsilçimizi üstələyir. Xalı olmayan “Yan Regensburq” və “İstanbul Şişli” kollektivləri isə müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər.