Azərbaycanın sərbəst güləşçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
İdman

Azərbaycanın sərbəst güləşçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri Gürcüstanın Qori şəhərində keçiriləcək “Şxireli Kuboku”nda iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından "Respublika"ya verilən məlumata görə, mayın 25-də start götürəcək turnirdə Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Emin Qocayev (79 kiloqram) və Sadiq Mustafazadə (86 kiloqram) çıxış edəcəklər.

İki gün davam edəcək ənənəvi yarışda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaq.