İdman

"Barselona"nın zədəli futbolçusu Rafinyanın durumuna aydınlıq gəlib

İspaniyanın "Barselona" klubunun zədəli futbolçusu Rafinya növbəti iki oyunu buraxacaq.

"Respublika" Kataloniya təmsilçisinin rəsmi səhifəsinə  istinadən xəbər verir ki, "Sevilya"ya 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın VIII tur matçında sıradan çıxan 26 yaşlı vinger sağ budundan xəsarət alıb.

2022-ci ildən "Barselona"nın formasını geyən braziliyalı oyunçunun Çempionlar Liqasında Portuqaliyanın "Portu", növbəti turda isə "Qranada" ilə matçı buraxacağı gözlənilir.