BMT rəsmisi: Azərbaycan dayanıqlı və
İqtisadiyyat

BMT rəsmisi: Azərbaycan dayanıqlı və "yaşıl iqtisadiyyat"a hazır olmalıdır

Azərbaycan dayanıqlı və "yaşıl iqtisadiyyat"a hazır olmalıdır.

"Respublika" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva mayın 27-də Bakıda “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlimlə bağlı bilik və bacarıqlar, qabiliyyət erkən yaşlardan başlamalıdır: "Eyni zamanda dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM təhsilinə gənc qızların cəlbini istəyirik. Özəl sektorla hər zaman əməkdaşlığa hazırıq. Çünki təhsil sahəsində əməkdaşlıq güclənməlidir. Özəl sektor çevik yanaşma nümayiş etdirməlidir. Gənclər öz ali təhsilini başa vurduqdan sonra hazır olmalı, əmək bazarının tələblərinə cavab verməlidir".

BMT rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı yüksək səviyyədə gedir: "Bütün mühüm təməl bloklarla bağlı işlər görülüb"