BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib
İqtisadiyyat

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

BP şirkəti bu günə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib.

"Respublika" xəbər verir ki, bu sözləri BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində yeni kibertəhlükəsizlik laboratoriyasının açılışı mərasimində deyib.

O bildirib ki, təkcə “Şahdəniz” qaz-kondensat yatağından bu günə kimi 200 milyard kubmetrdən artıq qaz hasil olunub.