Bu ilin birinci rübündə dövlət büdcəsi profisitlə icra olunub
İqtisadiyyat

Bu ilin birinci rübündə dövlət büdcəsi profisitlə icra olunub

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9234,3 milyon manat vəsait daxil olub.

"Respublika" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə büdcədən 8412,6 milyon manat vəsait xərclənib, büdcənin icrasında 821,7 milyon manatlıq profisit yaranıb.