Cari ildə dövriyyədə olan ödəniş kartlarının sayı artıb
İQTİSADİYYAT

Cari ildə dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Aprelin 30-na dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil edib.

"Respublika" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,2 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 22,9 faiz, kredit kartları üzrə 17,5 faiz təşkil edib.