Ceremi Farrar COVID-19-un səbəblərinin araşdırılması ilə bağlı çağırış etdi
Səhiyyə

Ceremi Farrar COVID-19-un səbəblərinin araşdırılması ilə bağlı çağırış etdi

“COVID-19 çox güman ki, laboratoriya mənşəli deyil, təbiidir”.

"Respublika" xəbər verir ki, bu barədə "AOL" məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar COVID-19-un təbii mənşəli olmasının getdikcə daha çox ehtimal edildiyini deyib.

Alim hələ də koronavirusun mənşəyi ilə bağlı digər fərziyyələri, o cümlədən, Uhan Virusologiya İnstitutundan biomaterialın sızması və ötürülməsini, həmçinin, şəhər bazarlarından heyvan əti vasitəsilə yoluxma fərziyyələrini nəzərdən keçirdiyini qeyd edib.

Farrar həmçinin, koronavirusun səbəblərini tapmaq üçün Çində ÜST-ün yeni missiyasını təşkil etməyə çağırıb.  

Nəzrin ELDARQIZI,

"Respublika".